Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda bu MTK təbiətə 117 min manat ziyan vurdu
sosial

Bakıda bu MTK təbiətə 117 min manat ziyan vurdu

27-03-2025 18:00 37 Просмотров
IMG

Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Tvit.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

 

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.