Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanla Malayziya arasında elm sahəsində əməkdaşlıq müzakirə edilib
sosial

Azərbaycanla Malayziya arasında elm sahəsində əməkdaşlıq müzakirə edilib

26-03-2025 21:00 66 Просмотров
IMG

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.


Bu barədə Tvit.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Görüş zamanı ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıb.