ABŞ ilə konstruktiv, praqmatik və təsirli dialoqun inkişafından məmnunuq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Təmaslarımız intensiv şəkildə davam edir. Bu təmaslar sayəsində Rusiya və Ukraynada hücumların dayandırılacağı enerji obyektlərinin siyahısı ilə bağlı sürətli razılaşma əldə olundu. ABŞ ilə konstruktiv, praqmatik və təsirli dialoqun inkişafından məmnunuq”,- deyə Peskov vurğulayıb.
Elmin Alışov