Türkiyənin paytaxtı Ankara valiliyi şəhərdə etiraz və nümayişlərə qadağa qoyulmasını aprelin 1-dək uzadıb.
"Tvit.az" xəbər verir ki, əvvəlki qadağa martın 25-dək qüvvədə idi.
"Hər hansı etiraz aksiyası və ya nümayişin keçirilməsinə qadağanın 26 mart saat 00:00-dan aprelin 1-i saat 23:59-a qədər uzadılması barədə qərar qəbul edilib", - deyə valiliyin sosial şəbəkələrdə yaydığı məlumatda bildirilir.
İstanbulun həbsdə olan bələdiyyə sədri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Əkrəm İmamoğluna dəstək üçün ötən həftədən Ankara, İstanbul, İzmir və bir sıra digər şəhərlərdə keçirilən etiraz aksiyaları davam edir.