Gəncədə ibtidai sinif müəllimi vəfat edib.
Tvit.az-ın məlumatına görə, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Rahat qızı Əliyeva dünyasını dəyişib.
58 yaşlı R.Əliyeva ürək tutmasından vəfat edib. Mərhumun nəşi İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.