Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
sosial

Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

22-03-2025 18:00 32 Просмотров
IMG

Bu gün saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

"Tvit.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır.

Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur.

Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.