Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sinqapurdan Azərbaycana pul köçürmələri təxminən 40 % artıb
sosial

Sinqapurdan Azərbaycana pul köçürmələri təxminən 40 % artıb

21-03-2025 17:00 34 Просмотров
IMG

Ötən il Sinqapurdan fiziki şəxslər tərəfindən Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 3,876 milyonABŞ dolları təşkil edib.

 

Tvit.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində bu göstərici 39,98 % və ya 1,107 milyonABŞ dolları artıb.

 

Ölkəyə pul köçürmələrinin ümumi həcmində Sinqapurun payı 0,4 % təşkil edib.

 

Xatırladaq ki, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər 1,082 milyardABŞ dolları (-34,56 %) həcmində pul köçürmələri həyata keçirib.

 

2023-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 2,769 milyon ABŞ dolları, xarici ölkələrdən həyata keçirilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib.