Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
sosial

Putin Əliyevi təbrik etdi

21-03-2025 12:00 31 Просмотров
IMG

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrindən olan həmkarlarını Novruz bayramı münasibətilə təbrik edib.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şövkət Mirziyayevi təbrik edib.

 

"Vladimir Putin liderlərə təbrikində ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin dost xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib", - məlumatda deyilir.

 

Qeyd edək ki, Rusiya dövlət başçısı, həmçinin İranın ali lideri Ayətullah Əli Xamenei və Prezident Pezeşkiana da Novruz təbriki göndərib.