Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Xətai rayonunda 17 kiloqram narkotik vasitə aşkarlandı
sosial

Xətai rayonunda 17 kiloqram narkotik vasitə aşkarlandı

19-03-2025 14:00 21 Просмотров
IMG

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.