Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakı aeroportu da gücləndirilmiş rejimə keçir
sosial

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

17-03-2025 16:00 19 Просмотров
IMG

Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə martın 20-31-də fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

 

Tvit.az Aeroporta istinadən xəbər verir ki, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək.

 

Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.

 

Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir.