Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Kanada heç vaxt ABŞ dövlətinə çevrilməyəcək - Nazir
dünya

Kanada heç vaxt ABŞ dövlətinə çevrilməyəcək - Nazir

14-03-2025 22:00 22 Просмотров
IMG

Kanadanın yeni baş naziri Mark Karni ölkəsinin heç vaxt heç bir formada Birləşmiş Ştatların tərkibinə daxil ola bilməyəcəyini bildirib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

"Özümü çox aydın ifadə etdim. Biz heç vaxt, heç bir formada ABŞ-ın bir hissəsi ola bilməyəcəyik. Amerika Kanada deyil", - Karni ölkənin 24-cü baş naziri vəzifəsinə and içdikdən sonra müxbirlərə deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bir çox kanadalıların öz ölkəsinin Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsinin tərəfdarı olduğu fikrini dəfələrlə ifadə edib. O hesab edir ki, belə assosiasiya Kanadaya iqtisadi sabitlik gətirəcək və onu xarici təhlükələrdən qoruyacaq. Trampın sözlərinə görə, bu, xüsusilə, Rusiya və Çindəndir. Kanadanın keçmiş baş naziri Justin Trudeau buna cavab olaraq bildirib ki, ölkəsi bunu heç vaxt etməyəcək.

Aysel