Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb
sosial

Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb

14-03-2025 16:00 19 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın, əsasən, əl üsulu ilə söndürülür.

 

Əlavə məlumat veriləcək.