Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqlənib
sosial

DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqlənib

14-03-2025 11:00 57 Просмотров
IMG

Azərbaycan Respublikası Dövlıt Təhlükəsizlik Xidmətinin eləcə də Xarici Kəşfiyyat Xidmətinin bir sıra əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib.

 

Tvit.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.


Sənədlərə görə, hər iki qurumun hərbi qulluqçularının, həmçinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

 

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarların icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

Qərarlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.