Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Zakir Həsənov Haluk Bayraktarı medalla təltif etdi
sosial

Zakir Həsənov Haluk Bayraktarı medalla təltif etdi

14-03-2025 10:00 49 Просмотров
IMG

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda müdafiə naziri H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.