Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gəncədə qanunsuz qum-çınqıl daşıyanlar cərimələniblər
sosial

Gəncədə qanunsuz qum-çınqıl daşıyanlar cərimələniblər

12-03-2025 08:00 21 Просмотров
IMG

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Tvit.az-a bildirilib.


Məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.

 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.