Ukrayna prezidenti Zelenski fevralın 28-də Oval kabinetdə baş verən insidentə görə Trampa üzrxahlıq məktubu göndərib.
Bu barədə ABŞ-ın xüsusi elçisi Witkoff Fox News telekanalında məlumat verib.
“Zelenski ABŞ prezidentinə məktub yazıb və bu hadisədə səhv olduğunu etiraf edib. Bu, mühüm addımdır və biz artıq hər iki tərəfin komandaları, o cümlədən avropalı tərəfdaşlarımızla vəziyyəti müzakirə edirik”, - Vitkoff bildirib.\