Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının bu qəsəbəsində işıq olmayacaq
sosial

Bakının bu qəsəbəsində işıq olmayacaq

10-03-2025 09:00 25 Просмотров
IMG

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

 

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xətdində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin mərkəzi hissəsində, eləcə də Oqtay Şabanov və Elçin Məmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.