Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Bu ərazilərdə qaz OLMAYACAQ
sosial

Bu ərazilərdə qaz OLMAYACAQ

17-10-2024 21:00 57 Просмотров
IMG

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Tvit.az"a “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin Binə Sovxozu, Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.