Rusiya İran dronları ilə Ukraynanı hədəfə alıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Rusiya ordusu İran istehsalı “Shahed-136/131” dronları ilə Ukrayna şəhərlərinə hücum edib.
Bildirilib ki, Ukrayna ordusu hücumlar zamanı 100 ədəd “Shahed” dronunu vurub.
Məlumata görə, Ukrayna
qüvvələri İran dronları ilə yanaşı, 25 ədəd X-101\X-55, 8 ədəd Kalibr və bir ədəd X-59/69 raketini də zərərsizləşdirib.
Elmin Alışov