Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial MM Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdi
sosial

MM Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdi

07-03-2025 12:00 35 Просмотров
IMG

Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.

 

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.