Xarkovda hərbi komissarlığın əməkdaşları çağırışçıya atəş açıb, avtomobilinin şüşələrini sındırıb.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİVlər yayıb.
“Xarkovda TTK-nın (ərazi çağırış mərkəzi, Ukraynadakı hərbi komissarlığın ekvivalenti , — Lenta.ru qeydi ) əməkdaşları bir nəfərə atəş açıb və onun avtomobilinin şüşələrini sındırıblar”, - məlumatda deyilib.
Nəşrin məlumatına görə, hərbi komissarlığın 15 əməkdaşı həmin şəxsi saxlayıb sənədlər tələb ediblər.