Qəzzada fevralın 22-dən bəri davam edən poliomielit əleyhinə peyvənd kampaniyası 547 mindən çox uşağa qarşı həyata keçirilib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstindəki nümayəndəsi Rik Peeperkorn deyib.
“İndiyə qədər 10 yaşından kiçik 547 min 848 uşaq peyvənd olunub. Bu, peyvənd edilməsi planlaşdırılan 591 min uşağın yüzdə 92-dən çoxunu təşkil edir”,- nümayəndə qeyd edib.
Elmin Alışov