Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp: Zelenski Ağ Evə gedəcək
dünya

Tramp: Zelenski Ağ Evə gedəcək

24-02-2025 23:00 24 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin qiymətli metallar sazişini imzalamaq üçün bu həftə və ya gələn həftə Ağ Evə gələcəyini açıqlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında Trampla görüşü zamanı Zelenski ABŞ-ın Ukraynanın nadir torpaqlarına və kritik minerallarına birbaşa sərmayə qoyması ideyasını irəli sürüb. O, bunu ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirməsini təmin etmək üçün atılan addım kimi qiymətləndirib. Lakin Trampın tələb etdiyi şərtlər müharibədə məğlub olan ölkələrə tətbiq edilən təzminatlardan daha sərt idi.
Fox News-a danışan Trump, Ukraynanın "500 milyard dollar ödəməyə razı olduğunu" iddia edərək, "Onların çox qiymətli torpaqları var. Onlar nadir torpaqlar, neft, təbii qaz və digər ehtiyatlar üçün inanılmaz bir yerdir" dedi.
Aysel Şirinova