İran ordusunda hərbi təlimlər keçirilib.
Tvit.az bu barədə “ISNA” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təlimdə 50 min insan iştirak edib. SEPAH-ın Kerman əyalətindəki komandiri bildirib ki, təlim SEPAH-ın bir sıra təlimləri çərçivəsində və döyüş əməliyyatlarına hazırlıq, eləcə də “Bəsic” qüvvələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə həyata keçirilib.
Elmin Alışov