Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyənin Livandakı səfiri etimadnaməsini təqdim edib
dünya

Türkiyənin Livandakı səfiri etimadnaməsini təqdim edib

20-02-2025 22:00 37 Просмотров
IMG

Türkiyənin Beyrutdakı səfiri Lütem etimadnaməsini Livan prezidenti Auna təqdim edib.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin Livandakı X-hesabında məlumat verilib.

Məlumata əsasən, Murat Lütem 1993-cü ildə Ankarada Orta Doğu Texniki Universitetini bitirib. Bundan sonra əmək fəaliyyətinə Türkiyə Xarici İşlər Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin Türkiyə prezidenti Abdullah Gülün müşaviri (2007-2014) vəzifəsində çalışıb və Harvard Universitetində tədqiqatlar aparıb.
 
Lütem Türkiyənin Bostondakı baş konsulu təyin edilib, sonra isə Xarici İşlər Nazirliyi rəhbərinin müşaviri olub. 2016-cı ildə Türkiyənin Sinqapurdakı səfiri təyin edilib. O, daha sonra Şimali Amerika ilə ikitərəfli münasibətlərin idarə edilməsinə rəhbərlik edib.
 
Aysel Şirinova