Cənubi Koreya və ABŞ Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı birgə hava təlimləri keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Cənubi Koreya müdafiə nazirliyi açıqlama verib.
Bəyanatda təlimlərin məqsədinin Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çəkindirmə imkanlarını nümayiş etdirmək və iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək olduğu bildirilib.
Elmin Alışov