İranda casusluq şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun Mazandaran Baş Qərargahının komandiri Siyaveş Müslimi ölkənin şimalındakı Mazandaran əyalətində ABŞ və İsraillə əlaqəsi olan casusluq şəbəkəsinin ləğv edildiyini açıqlayıb.
Müslümi, İsrail xarici kəşfiyyat xidməti MOSSAD və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əlaqəli olan casus şəbəkəsinin mədəniyyət mərkəzləri və xeyriyyə qurumlarında fəaliyyət göstərdiyini qeyd edərək, "Onların məqsədi məlumat toplamaq və təsir şəbəkələri yaratmaq idi" dedi.
Müslümi əməliyyat çərçivəsində xarici ölkə vətəndaşları da daxil olmaqla insanların həbs edildiyini bildirsə də, həbs edilənlərin milliyyəti və sayı ilə bağlı təfərrüatları açıqlamayıb.
Aysel Şirinova