Apple-ın iPhone 17 Pro üçün tərs simsiz şarjı sınaqdan keçirdiyi bildirilib.Tvit.az Instant Digital-ə istinadla xəbər verir ki, Apple-ın üzərində işlədiyi bu yeni texnologiya iPhone-a AirPods , Apple Watch və hətta gələcəkdə çıxa biləcək digər aksesuarları doldurmağa imkan verə bilər .
Məlumata görə, Apple iPhone 17 Pro-da 7,5 Vt gücündə tərs simsiz şarjı sınaqdan keçirib.
Bu o deməkdir ki, Apple istifadəçiləri cihazlarını doldurmaq üçün əlavə kabellər daşımaq məcburiyyətində qalmaya bilər.
Məlumdur ki, Apple illərdir simsiz tərs enerji doldurma üzərində işləyir. iPhone 12 və daha sonra 2021-ci ildə buraxılan MagSafe Batareya Paketi iPhone-a qoşulduqda tərs doldurula bilərdi, lakin 2023-cü ildə iPhone 15 seriyasının USB-C-yə keçməsi ilə MagSafe Batareya Paketi dayandırılıb və o vaxtdan Apple cihazları üçün tərs simsiz enerji doldurma təklif edilmir.
Aysel Şirinova