İranın qərbində yerləşən Xuzistan əyalətində iki güclü zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
4,7 bal gücündə ilk zəlzələ 10 kilometr dərinlikdə yerləşib. Bir neçə dəqiqədən sonra 5,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Elmin Alışov