Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu
sosial

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

14-02-2025 12:00 146 Просмотров
IMG

Bakıda klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olunub.

Bu barədə "Tvit.az"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Laser Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.

Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.

Əlavə edək ki, “Laser Beauty Klinikası”nın təsisçisi və baş həkimi Rəna Soltanovadır.