Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Beyləqanda saxlanılanlardan 9 kiloqram narkotik aşkarlandı
turizm

Beyləqanda saxlanılanlardan 9 kiloqram narkotik aşkarlandı

12-02-2025 10:00 14 Просмотров
IMG

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ondan 8 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.