Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib
СПОРТ

Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib

11-02-2025 21:00 25 Просмотров
IMG

"Qarabağ" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.

 

Tvit.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.

 

Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.

 

"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.