Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu il metro stansiyalarına yeni adlar veriləcək
sosial

Bu il metro stansiyalarına yeni adlar veriləcək

11-02-2025 16:00 20 Просмотров
IMG

Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcək.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.

Bundan başqa, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.

Bununla bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə müvafiq addımlar atmaları tövsiyə olunub.