Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ mətbuatı: Bu ölkələr Trampın Qəzza ilə bağlı planını rədd edir
dünya

ABŞ mətbuatı: Bu ölkələr Trampın Qəzza ilə bağlı planını rədd edir

11-02-2025 09:00 50 Просмотров
IMG

Misir, İordaniya, BƏƏ və Qətər də daxil olmaqla, Yaxın Şərqin aparıcı dövlətləri ABŞ prezidenti Donald Trampın Qəzza zolağından çıxarılması və fələstinli qaçqınların qonşu ölkələrə göndərilməsi planını rədd edib. 


Tvit.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.


“Yaxın Şərqin böyük dövlətləri Trampın planını rədd etdilər. Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər insanların köçürülməsini rədd edib, Fələstin Administrasiyası və HƏMAS isə Qəzzadan evakuasiyaya dəstək verməyəcəklərini bildiriblər ”, - nəşr qeyd edir.


Elmin Alışov