Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Xoşbəxt evlilik ürək xəstəlikləri riskini azaldır - Britaniyalı həkim
dünya

Xoşbəxt evlilik ürək xəstəlikləri riskini azaldır - Britaniyalı həkim

10-02-2025 22:00 26 Просмотров
IMG

Xoşbəxt evlilik ürək xəstəlikləri riskini azaldır.

Tvit.az xəbər verir ki, bu barədə Britaniya Ürək Mərkəzinin həkimi Emili Makqrath danışıb.

Onun fikrincə, bu mülahizədə məntiqi izah var:

"Xoşbəxt və sabit münasibətlər çox vaxt yaxşı özünüqiymətlə, maliyyə sabitliyində, stress səviyyəsinin aşağı salınması ilə müşayiət olunur. Və hamımız bilirik ki, stress ürək və ürək-damar xəstəliklərinin inkişafında mühüm rol oynayır", - tibb işçisi deyib.

Emili Makqrath,  həmçinin evliliyi hər hansı bir xəstəliyin qarşısını almaq üçün yaxşı vasitə adlandırıb. Bildirib ki, evli kişilər və qadınlar daha sağlam həyat tərzi keçirirlər. Onlar daha düzgün qidalanırlar və pis vərdişləri az olur:

 "Əgər xoşbəxtsinizsə, çox ehtimal ki, özünüzə daha yaxşı qulluq edəcək və düzgün vərdişlərə yiyələnə bilərsiniz".

Aysel Şirinova