Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kolleclərdə “müəllimlik” ixtisası ləğv ediləcək - Nazir açıqladı
sosial

Kolleclərdə “müəllimlik” ixtisası ləğv ediləcək - Nazir açıqladı

06-02-2025 12:00 18 Просмотров
IMG

"Kolleclərdə "müəllimlik" ixtisası tədricən ləğv ediləcək".

"Tvit.az" xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.