Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Münhen konfransında Ukraynadakı münaqişəyə son qoyulması planını təqdim ediləcək
dünya

Münhen konfransında Ukraynadakı münaqişəyə son qoyulması planını təqdim ediləcək

05-02-2025 21:00 20 Просмотров
IMG

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında  Ukraynadakı münaqişəyə son qoyulması planını təqdim edəcək.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, Amerika administrasiyasının nümayəndəsinin mesajında hansı təminatların yerləşdiriləcəyi də dəqiqləşdirilmir.

Bundan əvvəl Kelloq X-də Münhen Konfransında iştirakı və Ukraynada sülh yolu ilə həll edilməsi mövzusunu ABŞ-ın müttəfiqləri ilə müzakirə etmək niyyətində olduğunu bəyan etmişdi.

"The Wall Street Journal"ın məlumatına görə, Tramp Kelloqa Ukrayna münaqişəsinə 100 günə son qoymaq tapşırığını qoyub. Onun hesablamalarına görə, "Rusiya prezidenti Vladimir Putinlə anlaşmanın əldə edilməsi seçki kampaniyası zamanı Trampın təsəvvür etdiyindən qat-qat çətin iş olacaq. O, dövlət başçısının vəzifəyə keçməzdən əvvəl münaqişəyə son qoyacağını demişdi".