Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ “Qalatasaray" keçmiş futbolçusunu geri qaytardı
СПОРТ

“Qalatasaray" keçmiş futbolçusunu geri qaytardı

05-02-2025 21:00 19 Просмотров
IMG

Türkiyənin "Qalatasaray" komandası növbəti transferini gerçəkləşdirib.

 

Tvit.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Mario Leminanın keçidi barədə İngiltərənin "Vulverhempton" komandası ilə razılığa gəlib.

 

 Qabonəsilli fransalı yarımmüdafiəçi "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gəlir.

 

Qeyd edək ki, Mario Lemina 2019/2020-ci illər mövsümündə də "cim-bom"un şərəfini qoruyub.