2025-ci ildə İngiltərə Ukraynaya əvvəlkindən daha çox hərbi dəstək verəcək.
Tvit.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu İngiltərə Baş naziri Key Starmer bildirib.
“Ukraynanın müdafiəsini dəstəkləmək üçün əlimizdən gələni etməliyik. Bu, cəbhə xəttlərini sabitləşdirmək, onları lazımi avadanlıq və təlimlərlə təmin etmək deməkdir və buna görə də İngiltərə bu il Ukraynaya əvvəlkindən daha çox hərbi dəstək verəcək”, - deyə o qeyd edib.
Elmin Alışov