Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail ordusu Livanın cənubundakı evləri hədəfə aldı
dünya

İsrail ordusu Livanın cənubundakı evləri hədəfə aldı

04-02-2025 10:00 42 Просмотров
IMG

İsrail ordusunun Livanın cənubunda işğalını davam etdirdiyi Yarun qəsəbəsində evləri hədəf alması nəticəsində böyük partlayışın baş verdiyi bildirilib.


Tvit.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi "NNA" məlumat yayıb.


Bildirib ki, ölkənin cənubundakı Yarun qəsəbəsində baş verən partlayışın səsi yaxınlıqdakı qəsəbələrdən eşidilib.


Məlumatda İsrail ordusunun cənubdakı Marcayun ərazisində Adise və Rab Telatin qəsəbələrində çoxlu evi yandırdığı da qeyd edilib.


Elmin Alışov