Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Aİ ABŞ tərəfindən hədəf alınarsa, biz sərt cavab verəcəyik
dünya

Aİ ABŞ tərəfindən hədəf alınarsa, biz sərt cavab verəcəyik

04-02-2025 09:00 13 Просмотров
IMG

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasının Aİ-yə yeni gömrük tarifləri tətbiq edəcəyi təqdirdə sərt cavab veriləcəyini açıqlayıb.


Tvit.az xəbər verir ki, Fon der Leyen bu barədə Brüsseldə keçirilən ilk müdafiə sammitindən sonra mətbuata açıqlamasında bildirib.


“Aİ ABŞ ilə möhkəm və konstruktiv dialoqa hazırdır, lakin biz eyni zamanda ABŞ ilə münasibətlərdəki potensial çətinliklərin fərqindəyik və biz buna hazırıq,-deyə o qeyd edib.


Fon der Leyen Tramp administrasiyasının Kanada və Meksikaya yüksək tariflər tətbiq etmə qərarına toxunaraq, "Bu tariflər biznes xərclərini artırır, işçilərə və istehlakçılara zərər verir. İqtisadiyyatlara lazımsız ziyan vurur və inflyasiyanı artırır",-deyə vurğulayıb.


Elmin Alışov