Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusların borc yükü 2022-ci ildən sonra ilk dəfə azalıb
dünya

Rusların borc yükü 2022-ci ildən sonra ilk dəfə azalıb

04-02-2025 02:00 21 Просмотров
IMG

2024-cü ilin dekabrında ruslardan alınan kreditlərin ümumi həcmi 192 milyard rubl azalaraq 36,9 trilyon rubla enib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci ilin mayından bəri ilk dəfə azalma olub.

Statistikaya əsasən, vətəndaşlar borcları yeni kredit götürməkdən daha çox qaytarmağa başlayıblar.

Analitiklərin fikrincə, bu fonda  Mərkəzi Bank pul-kredit siyasətini və kredit şərtlərini sərtləşdirib.

Digər tərəfdən, ipoteka kreditlərinin və avtomobil kreditlərinin artımı da qeyd edilib. Tendensiya 2024-cü ilin iyulundan sonra ipoteka sahəsində genişmiqyaslı dövlət dəstəyinin olmaması ilə əlaqələndirib.

Aysel Şirinova