Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Razi Nurullayevdən Siyavuş Novruzova: "Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin"
sosial

Razi Nurullayevdən Siyavuş Novruzova: "Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin"

03-02-2025 18:00 16 Просмотров
IMG

"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik".


Tvit.az globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev həmkarı Siyavuş Novruzova ünvanlayıb.

 

"Amma Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatları ilə söhbət etmişəm, onlar mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm! Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum", - R.Nurullayev qeyd edib.