Özbəkistanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə genişmiqyaslı antiterror tədbirləri keçirilib.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Məlumata əsasən “Antiterror Təmizləmə” əməliyyatı çərçivəsində cinayətkar qrupların müəyyənləşdirilməsinə yönəlmiş 946 əməliyyat baş tutub.
418 nəfər barəsində cinayət işi başlanıb, onlardan 169-u həbs edilib. Bundan əlavə, 399 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlardan 270-i inzibati qaydada həbs edilib.
Antiterror tədbirləri 21-31 yanvar tarixlərini əhatə edib.
Aysel Şirinova