Qətərə səfərə gedən İranın xarici işlər naziri Əraqçi ölkənin baş naziri və xarici işlər naziri əl-Tani ilə görüş keçirib.
Tvit.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, ikitərəfli əlaqələr, həmçinin sülhün qorunması və Qəzza zolağının, Fələstin Muxtariyyətinin bərpası məsələləri müzakirə edilib.
Bundan əlavə, Əraqçi səfər çərçivəsində HƏMAS-ın məşvərət şurasının (şura) rəhbəri Dərvişin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.
Qeyd ed\k ki, görüş Dərvişin Ankarada Türkiyə prezidenti Ərdoğanla görüşündən bir gün sonra baş verib.
Aysel Şirinova