Səhər saatlarında Tayvanın cənub-qərbindəki Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Bürosu məlumat yayıb.
Zəlzələnin yerin 10 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar haqqda məlumat verilməyib.
Elmin Alışov