Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yaxın vaxtlarda təyyarə qəzası ilə bağlı istintaqın nəticələri açıqlanacaq
sosial

Yaxın vaxtlarda təyyarə qəzası ilə bağlı istintaqın nəticələri açıqlanacaq

29-01-2025 13:00 37 Просмотров
IMG

AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

"Tvit.az" xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”, - Hacıyev qeyd edib.