Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bu ölkədə etirazlar: Baş nazir istefa verdi
dünya

Bu ölkədə etirazlar: Baş nazir istefa verdi

28-01-2025 22:00 30 Просмотров
IMG

Serbiyanın paytaxtı Belqradda tələbələr, müəllimlər və vəkillər ümumi tətil tələbi ilə küçələrə çıxaraq kütləvi etirazlar ediblər.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Serbiyanın baş naziri Miloş Vuçeviç aylarla davam edən hökumət əleyhinə etirazlardan sonra bu gün istefa verdiyini açıqlayıb.
2024-cü il noyabrın 1-də Serbiyanın şimalındakı Novi Sad şəhərindəki qatar stansiyası təmir işləri zamanı uçub 15 nəfərin ölümünə səbəb olub.
Bu hadisədən sonra təqsirkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib və xüsusilə tikinti layihələrində nəzarətin olmaması və korrupsiya faktları ilə bağlı iddialar səsləndirilib.
Qatar stansiyasında təmir işləri başlayanda Vuçeviç Novi Sad şəhərinin meri vəzifəsində çalışırdı.


Aysel Şirinova