ABŞ tərəfindən hava yolu ilə deportasiya edilən 201 kolumbiyalı qeyri-qanuni mühacir Kolumbiyanın paytaxtı Boqotaya gəlib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Petro immiqrantların şərəfli fərdlər olduğunu ifadə edərək lazımi dəstəyin veriləcəyini açıqlayıb.
Mühacirləri hava limanında Prezidentlik, Xarici İşlər Nazirliyi, Kolumbiya Aerokosmik Qüvvələri, İmmiqrasiya İdarəsi, Kolumbiya Ailə Rifahı İnstitutu, Ombudsman Aparatı, Boqota meriyası və Kolumbiya Qızıl Xaç Cəmiyyəti qarşılayıb.
Aysel Şirinova