Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək
sosial

Bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

28-01-2025 17:00 52 Просмотров
IMG

Mətbuat Şurasında yanvarın 29-da bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək.

"Tvit.az" xəbər verir ki, şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə işləyəcək.

Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.